Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Report-a Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirib.
O bildirib ki, satış bu gün səhər saatlarından başlayıb.
E.Əzimov qeyd edib ki, polo köynəklərin hamısının qiyməti 14 manat, şalvar və ətəklər 25 manatdır:
“Artıq bir neçə valideyn övladlarına geyim alıb. Biz bu il iki rəngdə, tünd-göy və boz rəngdə geyimlər hazırlamışıq. Geyimlər bu il yalnız 1-4-cü siniflər üçündür. Şagirdlər əvvəlki illərdəki formalarını da geyinə bilərlər”.
Hazırda satış yalnız Bakı Tikiş Evindədir, bir neçə gün sonra isə “Bravo” marketlər şəbəkəsində də satış başlayacaq.