Xəbər - İlhamə İsabalayeva-Trend:
1 fevral – 29 mart 2021-ci il tarixlərində ümumi təhsil müəssisələrinin 1,6 faizi müxtəlif vaxtlarda distant təhsilə keçirilib ki, onların böyük bir qismində əyani təhsil yenidən bərpa edilib.
Təhsil Nazirliyindən AzerTimes-ın sorğusuna cavab olaraq, bildirilib ki, məktəblərdə müəllim, şagird və texniki heyət arasında yoluxma halları aşkar olunarsa, Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla tədrisin distant formaya keçirilməsi barədə qərar qəbul edir.
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris qismən davam etdirilir.
Qeyd edək ki, 29 mart tarixindən teledərslərin yayımlandığı “Dərs vaxtı” proqramı, həmçinin “Virtual məktəb” platforması üzərindən də onlayn tədris davam etdirilir.