Son zamanlarda təhsil müəssisələrində qidalanmadan baş verən xoşagəlməz halların Elm və Təhsil Nazirliyinə müəyyən qədər aidiyyəti var. Son baş verən hadisələrin biri qida zəhərlənməsi, digəri isə toksikoloji haldır.
AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, qida məsələsi məktəblərdə iki yolla tənzimlənir:
“Bunlardan biri bufetlərdir. Burada iş özəl sektorlarla birgə fəaliyyət əsasında qurulur. Onlar da aidiyyəti dövlət qurumlarının nəzarəti altında olur. Müəyyən edilmiş siyahıya uyğun müvafiq qidaların məktəbdə satışını təmin edirlər.
İkinci model isə daha çox internat tipli məktəblərdədir. Burada uşaqlara gündə 4 dəfə verilən qidalar pulsuzdur. Biz əsasən uşaqlara verilən qidaların keyfiyyətli olmasına nəzarət edirik. Sanitar, gigiyenik qaydalara nəzarət müvafiq quruma aiddir.
Bu il bir dəfə zəhərlənmə halı baş verdi və həmin məsələ araşdırılır. Müvafiq qaydada tədbirlər görülür”.