Məktəblərdə səhiyyə xidmətlərinin yaxşılaşdırılması müzakirə edilib (FOTO)

18-19 noyabr tarixlərində Rusiya Federasiyasının (RF) paytaxtında ÜST-nin Avropa Regional ofisi 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistanın və Ermənistan) milli məktəb səhiyyə sistemlərinin yaxşılaşdırılması layihəsinin yekun toplantısını keçirib.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Qurumunun (FDMQ) “Milli Uşaq Sağlamlığının Tibbi Tədqiqat Mərkəzi”ndə təşkil olunan tədbirdə 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin milli nümayəndə heyətləri, həmçinin RF-nin səhiyyə və təhsil nazirliklərinin, FDMQ “Milli Uşaq Sağlamlığının Tibbi Tədqiqat Mərkəzi”nin, ÜST-nin Avropa Regional Ofisi, SHE (School Health Education, Sağlamlığı təşviq edən məktəblər) şəbəkəsinin Katibliyi iştirak ediblər.

ÜST-nin layihəsinin yekun toplantısında ölkəmizi Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova, Sağlamlığı Təşviq edən Məktəblər layihəsinin ölkə üzrə milli koordinatoru Səbinə Babazadə, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri İnara Makayeva və mərkəzin həkim-metodisti Sevinc Zeynallı təmsil ediblər.

Konfrans layihədə iştirak edən 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsində məktəb səhiyyə xidmətlərinin öyrənilməsinin nəticələrinin nəzərdən keçirilməsi; təkmilləşdirilməsi üçün sahələrin müəyyən edilməsi; yaxşı təcrübə mübadiləsi; ÜST-nin Avropa Regionu ölkələrində daha da istifadə etmək üçün onu təkmilləşdirmək məqsədilə milli məktəb səhiyyə sistemlərini qiymətləndirmək üçün sorğudan istifadə təcrübəsinin öyrənilməsi; əsas tövsiyələrin əlaqələndirilməsi məqsədilə keçirilir.


Yekun toplantıda 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin nümayəndələri tədqiqat nəticələrini bölüşüblər və növbəti addımları müzakirə edilib.

Qeyd edək ki, 2020-ci ildə ÜST-nin Avropa və Rusiya Federasiyası üzrə Regional Ofisi 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsində (Şərqi Avropa və Mərkəzi Asiyada məktəb təbabəti şəbəkəsinin inkişaf etdirilməsi üzrə Rusiya-ÜST layihəsinin bir hissəsi kimi) milli məktəb sağlamlıq sistemlərinin qiymətləndirilməsi üçün araşdırmaya başladı. Tədqiqatın məqsədi ölkələrə mövcud milli tənzimləyici çərçivələrin qiymətləndirilməsində, eləcə də onların keyfiyyətinin yaxşılaşdırılması üçün məktəblərdə səhiyyə xidmətlərinin göstərilməsinə dəstək olmaqdır.

Teqlər: