Məktəblərdə dərslik çatışmazlığı var? – Nazirlikdən açıqlama

Məktəblərdə dərslik çatışmazlığı var? – Nazirlikdən açıqlama

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsil orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilir.

Bu barədə AzerTimes-a Elm və Təhsil Nazirliyindən bildirilib.

“Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil İdarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bir sıra məktəblərdə ibtidai sinif şagirlərinin hələ də dərsliklə tam təmin olunmadıqları ilə bağlı məlumatlar yayılıb.

Teqlər: