Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiləcək

Xəbər - Humay Ağacanova – Trend:

Təhsil naziri Emin Əmrullayev “20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

Təhsil nazirliyndən AzerTimes-a verilən məlumata görə əmrə əsasən, yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Teqlər: