Məktəblər yenidən bağlanır? – Nazirdən AÇIQLAMA

Baki. İlhamə İsabalayeva – Trend:

Novruz bayramı günlərində – 9 gün ərzində yoluxma sayında olan dinamika məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, hazırda əyani tədris forması üzrə tədris davam etdirilir: “Nəticələrlə bağlı danışmaq tezdir. Amma görünən odur ki, bütün bunların tədrisin keyfiyyətinə müsbət təsir etdiyini iddia etmək olmaz. Çalışmalıyıq ki, prosesə qısamüddətli baxmayaq. Bizə tez-tez sual verirlər ki, məktəblər yenidən bağlanacaqmı, distant təhsilə keçiləcəkmi? Qarşıdan Novruz bayramı gəlir. Novruz bayramı günlərində 9 gün ərzində olan dinamika məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq. Bu mənada, vətəndaşlar vəziyyəti düzgün dərk edib daha ehtiyatlı davranmalıdırlar. Yoluxma sayının aşağı enməsi məktəbin fəaliyyətini davamlı saxlamağa imkan verəcək”.

Teqlər: