Məktəblər hələlik kiçik summativ qiymətləndirmələri dayandırsınlar – Nazirlik

Xəbər - İlhamə İsabalayeva – Trend:

Məktəblərə tövsiyə edirik ki, hələlik kiçik summativ qiymətləndirmələrin keçirilməsini dayandırsınlar.

AzerTimes-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, əsasən məktəblərdə diaqnostik qiymətləndirmələrin keçirilməsinə diqqət yetirmək lazımdır.


V.Yaqublu qeyd edib ki, övladlarının əyani dərslərdə iştirakına razı olmayan valideynlər məktəblərdə qiymətləndirmə əyani formada keçirildiyi zaman uşaqlarını məktəbə gətirməlidirlər.

Teqlər: