Sumqayıtda məktəbin qarşısında gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, avqustun 2-də gecə saatlarında Sumqayıt şəhərində 2000-ci il təvəllüdlü Pərviz Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub:
“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Kamran Qasımov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır”.