Məktəbəqədər təhsil 1 yaşdan yuxarı uşaqları əhatə edəcək

2012-ci ildə təsdiq edilmiş kurikulum 3-6 yaşı əhatə edirdi.
Yeni dövlət standartı 1-6 yaşları təsbit edir, yəni burada 1-6
yaşlı uşaqların nələri öyrənməli olduqlarından söhbət gedir.

Trend-in məlumatına görə, bunu Ümumi və
məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin
müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, Təhsil naziri Emin Əmrullayevin əmri ilə
təsdiqlənən “Məktəbəqədər təhsil proqramı (kurikulum)” 2012-ci
ildən tətbiq edilən kurikulumun yenilənməsidir.

“Məktəbəqədər təhsil haqqında proqram təkmilləşdirilib, ləğv
edilməyib. Yeni dövlət standartı 1-6 yaşları təsbit edir. 1 yaşlı
uşağın təhsili dedikdə onların parta arxasında əyləşdirib
yazmaq-öyrətmək yox, məşğələlərin oyun formasında olmasından söhbət
gedir”, – deyə o əlavə edib.

Teqlər: