Haitinin paytaxtı Port-o-Prinsdə məktəbə silahlı hücum nəticəsində azı 4 nəfər yaralanıb.
AzerTimes-ın məlumatına görə, bu barədə EFE agentliyi xəbər verib.
Qeyd edilib ki, bütün xəsarət alanlar hazırda xəstəxanadadır, onların arasında bir uşaq da var. İlkin versiyaya görə, silahlı dəstə üzvləri adam oğurluğu məqsədi ilə hücum həyata keçirib.
Cinayətkarların axtarışları aparılır.