Gəncə şəhərində məktəb direktoru intihara cəhd edib.
AzerTimes xəbər verir ki, direktor Mətanət Qarayeva 14 növ müxtəlif dərman preparatları atmaqla həyatına son qoymaq istəyib.
İddiaya görə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev sözügedən məktəbə gələrək, məktəb direktoru M.Qarayevanı nalayiq sözlərlə təhqir edib və onu işdən çıxarmaqla hədələyib. Bundan sonra məktəb direktoru intihara əl atıb.
Vəziyyəti ağır olan direktoru məktəbdəki müəllimlər Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.
Hazırda onun vəziyyəti ağır olaraq qalır.