Meksikanın şimal-şərqindəki Tamaulipas ştatında avtobus, qoşqulu və minik avtomobillərinin iştirakı ilə yol qəzası baş verib.
Trend xəbər verir ki, bu barədə məlumatı regional xilasetmə xidməti Twitter-də yayıb.
Bildirilir ki, avtomobil qəzası nəticəsində azı 5 nəfər həlak olub, daha 25 nəfər yaralanıb, o cümlədən yanıq xəsarətləri alıb.
Faciə Syudad Viktoriya və Matamoros şəhərləri arasındakı magistral yolun 132-ci kilometrində da baş verib. Toqquşmadan sonra avtobus və minik avtomobili tamamilə yanıb. Zərərçəkənlər xəstəxanalara çatdırılıb, onların vəziyyəti ilə bağlı məlumat açıqlanmır.
Müvafiq aurumlar qəzanın səbəblərini araşdırır. İlkin ehtimala görə, səbəb yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olub.