Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu

Meksikalı Saul Alvares Dünya Boks Şurası (WBC) və Ümumdünya Boks Assosiasiyası (WBA, “super” prefiksi ilə) versiyalarına görə 76.2 kiloqrama qədər çəki dərəcəsində dünya çempionu titulunu qoruyub.

AzerTimes-ın məlumatına görə, görüş Mayamidə (ABŞ, Florida) keçirilib və 12 raunddan ibarət olub. S.Alvares bu döyüşün üçüncü raundundan sonra türk Avni Yıldırıma texniki nokautla qalib gəlib.

30 yaşlı meksikalı boksçunun rekorduna indi 55 qələbə (37 KO), bir məğlubiyyət və iki heç-heçə daxildir. Meksikalı ilk dəfə WBC və WBA versiyaları üzrə çempion titulunu ötən il 20 dekabrda britaniyalı Kallum Smiti məğlub edərək qazanıb.

29 yaşlı A.Yıldırımın isə 21 məğlubiyyəti (12 nokautla), üç məğlubiyyəti var.

Teqlər: