Meksikanın şərqində yerləşən Verakrus ştatında yerləşən “Qloria” şəkər zavodu ərazisində bir neçə işçinin yaralanması ilə nəticələnən partlayış baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində regional ictimai təhlükəsizlik idarəsi bildirib.
Bildirilib ki, alınan ilkin məlumatlara görə, hadisə alkoqol istehsalı sahəsində baş verib: “Polis əməkdaşları yaralılara yardım göstərir”.
Xəsarət alanların sayı və vəziyyəti ilə bağlı məlumat verilməyib.