Meksikanın şərq sahillərindəki Verakruz əyalətində Qreys qasırğası nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, daha 3 nəfər itkin düşüb.
Trend TASS-a istinadən xəbər verir ki, bunu ştat qubernatoru Kuitlauak Qarsia keçirdiyi mətbuat konfransında deyib.
Məlumata əsasən, qasırğanın törətdiyi fəsadlar nəticəsində bir neçə ştatda 560 min sakin elektirksiz qalıb.