Meksikada qasırğa ilə əlaqədar yüksək həyəcan siqnalı verildi

Meksikada qasırğa ilə əlaqədar yüksək həyəcan siqnalı verildi

Dünən (25 iyul) şənbə günü “Hanna” qasırğasının birinci kateqoriyasının yaxınlaşması ilə əlaqədar Meksikanın şimal-şərqindəki Tamaulipas və Nuevo-Leon ştatlarının bəzi rayonlarında yüksək (“narıncı”) həyəcan səviyyəsi elan edilib.

Bu barədə Meksikanın Milli Mülki Müdafiə İdarəsinin “Twitter” səhifəsində məlumat yer alıb.

Qasırğanın Meksikaya güclü yağış gətirəcəyi gözlənir, bəzi ərazilərdə hər kv/m-ə 150-250 litr yağıntının düşəcəyi proqnozlaşdırılır. Mülki Müdafiə qüvvələrinin milli koordinatoru Devid Leon Romero hökumətin əhali üçün 800 müvəqqəti sığınacaq yeri yaratdığını bildirib. Vətəndaşlara yardım göstərmək üçün xilasedicilər, Milli Qvardiya əsgərləri və hərbi heyət də daxil olmaqla 10 min nəfərlik qrup səfərbər olunub.

Qasırğa hazırda Texas ştatının sahillərinə çatıb və buradakı küləyin sürəti təqribən 45 m/s-dir. “Hanna” 3,6 m/s sürəti ilə cənub-qərbə doğru gedir. Cərəyanın yerli vaxtla bazar günü səhər Meksikaya çatacağı bildirilir.