Meksikada pirotexnika sexində partlayış nəticəsində azı 2 nəfər həyatını itirib

Meksikanın mərkəzindəki Puebla ştatında pirotexnika sexində
güclü partlayış baş verib.

Trend “TASS”-a
istinadla xəbər verir ki, bu barədə yerli “El Universal” qəzeti
yazıb.

Qeyd olunur ki, insident San Migel Sakaola bölgəsində baş verib.
Partlayış sexin yaxınlığındakı bir neçə binaya ziyan vurub. Hazırda
hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Hadisənin mümkün
səbəbləri barədə məlumat açıqlanmayıb.

2016-cı ilin dekabrında Meksikanın Tultepek bələdiyyəsində
yerləşən böyük pirotexnika bazarı baş vermiş partlayış və yanğın
nəticəsində məhv olmuşdur. O zaman faciədə 42 nəfər həyatını
itimişdi, onlarla insan xəstəxanaya yerləşdirilmişdir.

Teqlər: