Birinci kateqoriyalı “Pamela” qasırğası Meksikanın Nayarit ştatında minlərlə sakinin həyatına təsir edib.
AzerTimes-ın məlumatına görə, bu barədə bölgə hökuməti öz “Twitter” səhifəsində bildirib.
Məlumatda qeyd olunub: “Ştatın qubernatoru Miqel Anxel Navarro Kintero bildirib ki, “Pamela” qasırğasının keçməsindən sonra 2,5 min ailəyə (9 106 nəfər) maddi ziyan dəyib”.
Ölən və yaralananların olması barədə məlumat daxil olmayıb. Hakimiyyət orqanları təbii fəlakətin nəticələrini aradan qaldırmağa davam edir.