Meksikada oteldə atışma nəticəsində iki Kanada vətəndaşı öldürülüb

Meksikanın cənubundakı Quintana Roo kurort ştatında yerləşən otelinin qonaqları arasında münaqişə atışma ilə başa çatıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, nəticədə üç nəfər güllə yarası alıb, onlardan ikisi sonradan xəstəxanada dünyasını dəyişib.

Yerli prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb, ikiqat qətldə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.


Qeyd olunur ki, hər iki ölən Kanada vətəndaşlarınınsi qanunla bağlı problemləri olub. Onların adı silah və narkotiklərin qeyri-qanuni dövriyyəsində hallanıb.