Meksikadakı Sinaloa narkokartelinin düşmən qruplaşmaları arasında iki həftədən çoxdur davam edən toqquşmalarda ən azı 53 nəfər ölüb, 50-dən çox adam itkin düşüb.
AzerTimes xəbər verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.
Münaqişəyə səbəb kartelin qurucusu, 74 yaşlı İsmael Zambadanın (El Mayo) ABŞ-da həbsi olub. O, Meksikada rəqib qruplaşmalardan biri tərəfindən qaçırılaraq ABŞ-a aparıldığını və oradakı rəsmilərə təhvil verildiyini söyləmişdi.