Meksikada naməlum silahlılar 16 nəfəri qətlə yetirib

Meksikanın mərkəzindəki Sakatekas ştatında iki kütləvi qətl hadisəsi baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə ştatın prokurorluğunun “Twitter” səhifəsində deyilir.

Məlumata əsasən, iki kütləvi qətl hadisəsi nəticəsində 16 nəfər ölüb.

“Bu gün Fresnillo və Panfilo-Natera bələdiyyələrində müvafiq olaraq 10 və 6 nəfərin cəsədi tapılıb”, – deyə açıqlamada deyilir.


Bildirilir ki, səlahiyyətlilər hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

“Araşdırmaların gedişatı ilə bağlı məlumat yalnız rəsmi kanallar vasitəsilə veriləcək”, – deyə açıqlamada qeyd edilir.

Qeyd edək ki, Sakatekasda “Sinaloa” və “Xaliskonun yeni nəsili” kartelləri arasında münaqişə bir neçə ildir ki, davam edir və zorakılığın kəskin artmasına səbəb olub.