Meksikanın Gerrero ştatının Koyuka de Benitez şəhərinin merliyinə namizəd Xose Alfredo Kabrera Barrientos seçicilərlə son seçki görüşü zamanı güllələnib.
AzerTimes xəbər verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.
Siyasətçi basketbol meydançasında tərəfdarları ilə görüşən zaman naməlum şəxs ona arxadan yaxınlaşaraq başından atəş açıb. Barrientos yerindəcə ölüb.
Məlumata görə, hücum edən şəxs də hadisə yerində öldürülüb.