Meksikanın Koauila ştatındakı Muskis rayonunda yerləşən mədəndə uçqun baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə Milenio qəzeti xəbər verib.
İlkin məlumata görə, ən azı yeddi nəfər dağıntılar altında qalıb.
Hakimiyyət orqanları hadisə yerində axtarış və xilasetmə işlərinə başlayıb. Hazırda hadisənin əsas səbəbi mədənin su basması hesab olunur.