Meksikanın Çihuahua ştatının Syudad Xuarez şəhərindəki 3 saylı həbsxanaya silahlı hücum nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
AzerTimes xəbər verir ki, ölənlərdən 10-u gözətçi, 7-si isə məhbusdur. Həbsxananın daha 3 əməkdaşı və 10 məhkum yaralanıb.
Qeyd edək ki, Meksika prokurorluq orqanları əvvəlcə 10 təhlükəsizlik işçisinin və 4 məhbusun öldüyü barədə məlumat yaymışdı.