Meksikada baş verən gücülü zəlzələ artıq 200 insanın həyatına son qoyub. Azı 204 nəfərin meyiti tapılıb.
Mülki müdafiə qüvvələrinin milli koordinatoru Luis Felipe Puente zəlzələ nəticəsində ölənlərin sayının 149 nəfər olduğunu təsdiqləyib. Onun “Twitter” səhifəsində yazdığı məlumata görə, 149 nəfərin ölməsi barədə məlumat var, o cümlədən 55 nəfər Morelos ştatında, 49 nəfər Mexikoda, 32 nəfər Puebla ştatında, 10 nəfər Mexiko ştatında və 3 nəfər Herreroda ölüb.
Ölənlər arasında uşaqlar da var. Belə ki, Mexikodakı “Colegio Rebsamen” məktəbinin dağılması 30 uşağın həyatına son qoyub. 11 nəfəri xilas etmək mümkün olub.
Ancaq paytaxtda 40-dan artıq bina yerlə yeksan olub. Xilasedicilər ölü sayının artacağı istisna edilmir. Onlar dağıntılar altında onlarla insanın qaldığını düşünürlər.
Xatırladaq ki, ötən gün axşam saatlarında Meksikada baş verən, paytaxtda hiss edilən zəlzələ 7,1 bal gücündə olub.
Ölkədə buna bənzər faciə 32 il öncə də, məhz 19 sentyabrda yaşanmışdı. O, zaman 8,1 bal gücündə zəlzələ 5 min insanın təlafatı ilə nəticələnmişdi.
Yeni xəbər ▼ 11:30
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 248-ə çatıb. Bu barədə xilasetmə xidmətinin rəhbəri Felip Puente məlumat verib.
Mexikoda ölənlərin sayı daha çoxdur – 117 nəfər. Digər ölüm faktları isə Morelos, Pueble, Edomeks, Oaxake və s. şəhərlərdə qeydə alınıb.