Meksika hərbçiləri 50 milyon dollara yaxın məbləğində qiymətləndirilən sintetik narkotik fentanilin indiyə qədər ən böyük partiyasını ələ keçirib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi Meksika Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Məlumatda bildirib ki, bu narkotik vasitənin təxmini dəyəri 970 milyon peso təşkil edir ki, bu da tarixdə ələ keçirilən ən böyük narkotik partiyası sayılır.
Ümumilikdə, Meksika təhlükəsizlik əməkdaşları 118 kiloqramlıq fentanil pastası partiyasını saxlayıblar – onunla birlikdə “Mühəndis” ləqəbli “Sinaloa” narkotik kartelinin liderlərindən biri də saxlanılıb.