Meksikanın Nayarit əyalətində magistral yolda qəza baş verib.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Quanaxuato əyalətindən yola çıxan və içərisində 57 nəfərin olduğu bildirilən sərnişin avtobusu idarəetməni itirərək uçuruma düşüb.
Hadisə nəticəsində 15 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Mülki müdafiə əməkdaşlarının köməkliyi ilə avtobusun dağıntıları altından xilas edilən yaralılar müalicə olunmaq üçün ətraf xəstəxanalara aparılıb.