Meksikanın mərkəzindəki Puebla əyalətindəki Atliksko şəhərində
fərdi evdə üç qadın da daxil olmaqla doqquz nəfərin güllələnib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, məlumatı yerli
rəsmilər təsdiqləyib.
Puebla əyaləti Baş Prokurorluğunun bildirdiyinə görə, sağ qalan
bir nəfər ağır vəziyyətdədir, o, baş, ayaq və çiynindən güllə
yaraları alıb.
Əyalətin qubernatoru Migel Barbosa mətbuat konfransında qeyd
edib ki, bütün dəlillər hadisənin dəstələrarası edam olduğuna işarə
edir. O, ilkin araşdırmalara görə, qurbanların hücuma məruz qaldığı
evin narkotiklərin yayılması və satışı yeri olduğunu bildirib.
Hadisədən sonra federal, regional və yerli hakimiyyət orqanları
birgə əməliyyata başlayıb.