Meksikanın Halapa şəhərində (Verakrus ştatı) avtobus 5 avtomobilə çırpılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar üzrə Regional İdarənin “Twitter” səhifəsində deyilir.
Bildirilir ki, yol qəzası nəticəsində 2 nəfər həlak olub, 14 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar, onların vəziyyəti barədə məlumat verilmir.
İlkin məlumata əsasən, qəzaya səbəb avtobusun əyləc sisteminin sıradan çıxması olub.