“Aqata” qasırğası Meksikada 9 nəfərin həyatına son qoyub.
Trend “Reuters”
agentliyinə istinadla xəbər verir ki, daha əvvəl Meksikanın Oaxaka
ştatının qubernatoru Alexandro Murat çərşənbə günü səhər ilkin
məlumatları səsləndirərkən, təbii fəlakət nəticəsində 11 nəfərin
öldüyünü, 33 nəfərin isə itkin düşdüyünü bildirmişdir.
Artıq Oaxaka ştatının ucqar əyalətləri ilə əlaqə bərpa
edildikdən sonra itkin düşənlərin əksəriyyəti tapılıb. Buna
baxmayaraq, dörd nəfər hələ də itkin düşmüş hesab olunur.
“Aqata” qasırğası Meksikanın cənub sahillərini bazar ertəsi
çatdığı zaman Puerto Anxel şəhərciyində küləyin sürəti saatda 105
mil (saatda 169 km) çatıb. Siklon materikin dərinliyinə doğru
hərəkət etdikcə onun gücü zəifləyib.