Meksikanın Hokisinqo rayonunda sərnişin avtobusu yaşayış evinə çırpılıb.
AzerTimes-ın “Melinio” qəzetinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 19 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, qəza yerinə çox sayda təcili yardım briqadaları, həmçinin helikopterlər cəlb edilib.
Bildirilir ki, qəzaya səbəb avtobusun əyləc sisteminin sıradan çıxması olub.