Bu gün Meksikanın qərbindəki Miçoakan ştatında 6,5 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Xidməti məlumat yayıb.
“Zəlzələ yerin 80 km dərinliyində baş verib”, – məlumatda qeyd edilib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.