Argentina və Polşa millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
AzerTimes xəbər verir ki, Argentina Polşanı 2-0 məğlub etməklə qrup birincisi olub. Digər matçda isə Meksika Səudiyyə Ərəbistanından (2-1) güclü olsa da, buraxılan topların fərqinə görə Polşa adını 1/8 finala yazdıra bilib.
Argentina 6 xalla birinci, Polşa 4 xalla ikinci, Meksika da 4 xal toplasa da, üçüncü olub. Səudiyyə Ərəbistanı isə 3 xalla sonuncu pillədə yer alıb.
Pley-offda Argentina Avstraliya ilə, Polşa isə Fransa ilə qarşılaşacaq.