Meksika Ukraynanın xahişini rədd etdi

Meksika Ukraynanın xahişini rədd etdi

Meksikanın hazırkı Prezidenti Andres Manuel Lopes Obrador Rusiya lideri Vladimir Putinin dövlət başçısının andiçmə mərasimi üçün oktyabrın 1-də ölkəyə gələcəyi təqdirdə onun həbsi ilə bağlı Ukraynanın xahişini rədd edib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Biz bunu edə bilmərik. Bu, bizdən asılı deyil”, – o bildirib.

Qeyd edək ki, ötən gün Ukraynanın Meksikadakı səfirliyi ölkə hakimiyyətindən Putini həbs etməyi xahiş edib.

Teqlər: