Meksika səfiri Seysmoloji Xidmət Mərkəzində olub

Elmi əməkdaşlığı davam etdirmək məqsədilə Meksika səfiri Rodriqo Labardini Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini ziyarət etdi və Mərkəzin direktoru Qurban Yetirmişli ilə görüş keçirib.

Keçən ilin sonlarında baş tutan görüşə istinad edərək, tərəflər keçirilmiş danışıqların nəticəsini, eləcə də qeyd olunan müddət ərzində həyata keçirilmiş işləri müzakirə etdilər. Mərkəzin direktoru növbəti layihələr və gələcək perspektivləri haqqında məlumat verdi. Meksika səfiri, öz tərəfindən, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə əməkdaşlıq əlaqələrinin qurulmasında Meksika qurumlarının, ələlxüsus da Meksika Milli Muxtar Universitetinin Geofizika İnstitutu və Meksika Milli Seysmoloji Xidmətinin marağını çatdırdı. Münasibətlərin çiçəklənməsində ikitərəfli hüquqi bazanın əhəmiyyəti qeyd olunub.

Tərəflər hər iki ölkənin ekspertlərinin təcrübə mübadiləsi aparması, birgə konfransların keçirilməsi, nəşrlərin işlənməsi və s. mümkün ola biləcək geologiya və geofizikanın bəzi sahələrini qeyd etdilər. Bu mövzuda elmi əməkdaşlığa təkan vermək üçün işin əlaqələndirilməsi razılaşdırılıb.

Teqlər: