Meksika səfiri Müasir İncəsənət Muzeyinin direktoru ilə görüşüb

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinov ilə görüşüb.

Səfirlikdən AzerTimes-a verilən məlumata görə, görüş əsnasında tərəflər əməkdaşlığın gələcək perspektivlərini, ələlxüsus da, müştərək layihə və tədbirlərin təşkili və qeyd olunması kimi məsələləri müzakirə etdilər. Bu xüsusda, pandemiya şəraitində təyin olunan yeni qaydalara riayət və incəsənət nümayəndələrini tamaşaçılara yaxınlaşdırmaq üçün yeni texnologiyalardan istifadə vurğulandı.

Səfir Labardini hər iki xalq arasındakı mədəni əlaqələrin vacibliyini önə çəkdi. Böyük sayda meksikalı müəlliflərin Azərbaycan tamaşaçısı ilə həmsöhbət olmalarına imkan yaradan və pandemiya dövründə rəqəmsal platformalar vasitəsilə Səfirlik tərəfindən həyata keçirilən bir sıra mədəni tədbirlərdən məlumat verdi.


Hər iki tərəf yaxın gələcəkdə sərginin ərsəyə gəlməsinə dair istəklərini ifadə etdilər.

Teqlər: