Meksikanın qərb sahillərindəki “Enrike” tropik fırtınası 1-ci kateqoriyalı qasırğaya qədər güclənib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Meteoroloji Xidmətinin “Twitter” səhifəsində bildirilir.
Məlumata əsasən, hazırda qasırğa Miçoakan ştatından 240 kilometr aralıdadır və saniyədə 3 metr sürətlə şimal-qərb istiqamətində hərəkət edir.
Bildirilir ki, qasırğa daxilində küləyin sürəti saniyədə 43 metrə qədər yüksəlir.
Qasırğanən Herrero, Kolima, Miçoakan, Nayarit və Halisko kimi regionlarda güclü yağışlara səbəb olacağı gözlənilir. Sahilin bəzi hissələrində dalğanın hündürlüyü 5 metrə çata bilər.