Meksika sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Meksika sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi 715 min nəfər olan Ermosilyo şəhərindən 173,5 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.


Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib

Teqlər: