Meksika – Polşa matçında da qalib müəyyənləşmədi

Meksika – Polşa matçında da qalib müəyyənləşmədi

Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk tura yekun vurulub.

AzerTimes-ın məlumatına görə, qrupun 2-ci oyununda Meksika və Polşa yığmaları üz-üzə gəliblər. Qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, C qrupunun ilk matçında Səudiyyə Ərəbistanı gözlənilmədən Argentina millisinə qalib gəlib – 2:1. Hazırda turnir cədvəlinə 3 xalla ərəblər başçılıq edir. Meksika və Polşa hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Argentina seçməsi isə sonuncudur.

Teqlər: