Meksikanın ABŞ ilə sərhədində saxlanılan 900-dən artıq qeyri-leqal miqrant ötən sutka Meksikadan deportasiya edilib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Miqrasiya Xidmətinin açıqlamasında deyilir.
Açıqlamada bildirilir ki, 932 miqrantın deportasiyası həm quru, həm də hava yolu ilə həyata keçirilib.
Qeyd edilir ki, söhbət zəruri sənədləri olmadan Meksikada ərazisində olan Mərkəzi Amerika ölkələrindən gələn miqrantlardan gedir.