Meksika körfəzində neft platformasında güclü yanğın…

Meksika körfəzində neft platformasında güclü yanğın…

Meksika körfəzindəki Cantarell yatağında “Pemex-in Nohoch-A” neft platformasının iki bölümündə güclü yanğın baş verib.

AzerTimes xəbər verir ki, platformanın “Nohoch-A Compression” və “Nohoch-A Enlace” bölmələrində baş verən yanğından dərhal sonra heyət təxliyə edilib.

“Tribuna Campeche” xəbər verir ki, platformada yanğın partlayışdan sonra daha da güclənib. Partlayış zamanı 180 işçidən 5-i yaralanıb.

Yatağın platformalarında, ümumilikdə, 5 mindən çox insan işləyir.

Teqlər: