Meksika hakimiyyəti ölkənin növbəti Prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasiminə 208 ölkənin və 34 beynəlxalq təşkilatın rəhbərlərini dəvət edib.
AzerTimes xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Meksikanın hakim Morena Partiyasının lideri Klaudiya Şeynbaum iyun ayında ölkədə keçirilən prezident seçkisində qalib gəlmişdi.