Güclü yağışlar Məkkədə daşqınlara səbəb olub.
AzerTimes yerli mediaya istinadən xəbər verir ki, Məkkədə bir çox avtomobil sel suları nəticəsində zədələnib. Şiddətli yağışa baxmayaraq, Kəbənin də daxil olduğu Məscidül-Həramda yüzlərlə müsəlman Kəbəni təvaf edib.
Şiddətli yağış səbəbiylə meydana gələ biləcək mənfi təsirlərə qarşı tədbirlərin artırıldığı, suyun boşaldılması üçün 200-dən çox müfəttiş və 4 min işçinin işə götürüldüyü bildirilib. 500-dən çox texnika hazır vəziyyətə gətirilib.