MEK-də “Vikipediya” təlimlərinə yenidən start verilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanasında (MEK) “Vikipediya” təlimlərinə yenidən start
verilib. MEK-dən AzerTimes-a bildirilib ki, təlimlər Yeni Azərbaycan
Partiyası Yasamal rayon təşkilatının, AMEA Mərkəzi Elmi
Kitabxanasının, “Qorqud” Vikipediya Metodik Klubunun təşəbbüsü ilə
keçirilir. Açılış təliminə ilk olaraq Bakı Dövlət Universitetinin
Kitabxanaçılıq- informasiya və Filologiya fakültələrinin tələbələri
cəlb edilib. Qeyd edək ki, tələbələr bu təlimləri təcrübəli
vikipediyaçılar MEK-in Elektron Resurslar şöbəsinin mütəxəssisləri
Nuray Tanrıverdiyeva və Səbinə Abizadədən alacaqlar. Təlim zamanı
tələbələrə “Vikipediya”nın mahiyyəti izah ediləcək, onlayn
ensiklopediyanın iş prinsiplərinə dair məlumatlar, istifadə
qaydaları və məqalə yaratmaq kimi bacarıqlar aşılanacaq. Təlimin
ilk günündə MEK-in baş direktoru, professor Məmməd Əliyev 6 ildir
ki, kitabxanada ardıcıl surətdə “Vikipediya” maarifləndirici
təlimlərinin təşkil edildiyini, lakin son iki ildə koronavirus
epidemiyası ilə əlaqədar bu işə ara verildiyini nəzərə çatdırıb.
Professor Məmməd Əliyev “Vikipediya”nın informasiya mühitində
prioritet istiqamətlərdən biri olduğunu qeyd edib, yüzlərlə
mütəxəssisin, müxtəlif dövlət qurumları və AMEA əməkdaşlarının,
universitet tələbələrinin mütəmadi şəkildə viki-təlimlərinə cəlb
ediləcəyini vurğulayıb, hər kəsə uğurlar diləyib. Azərbaycanda “Vikipediya”nın inkişafına öz töhfəsini verən, Diaspor üzrə
araşdırmaçı-ekspert Elnur Eltürk çıxışında Mərkəzi Elmi Kitabxanada
təlimlərə yenidən start verildiyinin sevindirici hal olduğunu qeyd
edib, “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının
təşəbbüskarı, millət vəkili Elnur Allahverdiyevin bu prosesin
ölkədə sürətləndirilməsini dəstəkləyənlərdən olduğunu nəzərə
çatdırıb. Çıxışçılar “Vikipediya” üzrə mütəxəssislər, Azərbaycan
dilli “Vikipediya”nın idarəçiləri “Qorqud” Vikipediya Metodik
Klubunun ekspertləri Ayxan Zayıdzadə və Sübhan Xıdırzadə “Vikipediya”nın Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə təbliğ
və təqdim edən əhəmiyyətli platformalardan biri olduğunu
vurğulayıblar. Əsas gücün isə, ölkəmizin milli maraqlarının təmin
olunması istiqamətində çağdaş dövrün informasiya
texnologiyalarından yararlanmağı bacaran, səsimizi-sözümüzü xarici
dillərdə çatdırmağı bilən gənclərin üzərinə düşdüyünü nəzərə
çatdırıblar. Qeyd edək ki, təlimlər 1 ay müddətində kiçik qruplar
şəklində keçiriləcək. Sonda iştirakçılar sertifikatla təltif
olunacaqlar.

Teqlər: