Sosial şəbəkələrdə Xaçmazda yeddi əsrlik tarixə malik abidənin
məhv olmaq təhlükəsi ilə bağlı görüntülər yayılıb.
Məlumata görə, rayonun Şıxlar kəndində XIV əsrdə Şeyx Yusifin
müridləri tərəfindən inşa olunan dini abidə təmir-bərpa işlərinin
həyata keçirilməməsi səbəbindən artıq yararsız hala düşüb.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və
İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova
Trend-ə bildirib
ki, abidə bərpa ediləcək.
“Abidə dövlət qeydiyyatındadır. İnventar nömrəsi də məlumdur.
Abidədə bərpa-konservasiya işləri üçün investisiya planına salınıb.
Abidənin bərpası üçün müvafiq kompleks tədbirlərin görülməsi
nəzərdə tutulub”, – deyə N.Allahyarova bildirib.