Dəməşqdə öldürülən SEPAH üzvləri briqada generalları olub.
AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı xəbər verib.
Bildirilir ki, Suriyanın paytaxtında İsrailin hava zərbələri nəticəsində ölən iki iranlı hərbi müşavir əslində SEPAH-ın xüsusi təyinatlı Qüds briqadasının 340-cı texnoloji birləşməsinin briqada generalları olub.
Məlumata görə, 340-cı bölmə İranın qabaqcıl silahlarının hazırlanması və bütün Yaxın Şərqdəki proksi qüvvələrinə tədarükü üzrə ixtisaslaşıb.
Qeyd edək ki, SEPAH üzvləri dekabrın 2-də İsrailin raket zərbələri nəticəsində öldürülüb.
İran bunun cavabsız qalmayacağı ilə hədələyib.