Məhşur türk rejissoun Şuşada azərbaycanlı ilə söhbəti… – Video

Məhşur türk rejissoun Şuşada azərbaycanlı ilə söhbəti… – Video

Niderlandda doğulan türk əsilli kinorejissor Adəm Aksoy (@adamaxoi) Şuşaya gəlib.

AzerTimes xəbər verir ki,o, Şuşaya səfəri zamanı çəkdiyi görüntüləri İnstaqram hesabında paylaşıb.

“Qarabağda yarımçıq qalmış xəyyalara yenidən qovuşmağın hekayəsi… Mənə görə, heç bir müharibənin qalibi yoxdur. Amma burada mən 30 il əvvəl itirilən və mənəvi dəyəri əvəzsiz olan böyük bir həsrətin hekayəsini gördüm. Yenidən azad olunmasında Türkiyənin də böyük rolu olan qardaş ölkəmizin mədəniyyət paytaxtı Şuşa… Hər birimizə xeyirli olsun. Sülh və xoşbəxtlik dolu olsun”, – paylaşımda bildirib.

Aksoyun Şuşadakı azərbaycanlı həmsöhbəti ilə dialoqundan qısa bir hissəni təqdim edirik:

– İndi əsgərlərimiz burdanmı gəlib yuxarıya doğru?

– Bəli gecə.

– Bütün daşlar üstündə güllə izləri var.

– Bundan da siz görə bilərsiz ki, burda necə yaxın məsafədə ağır döyüş olub.

– Bu evin hekayəsi necədir?

– Burda bir ailə yaşayıb. Gördüyünüz kimi ağaclar çəkib. Ancaq ağacların budaqları yoxdur. Çünki onların uşaqları olmayıb. Belə dağıdılmış evlərdə azərbaycanlılar yaşayıb. Biz gedəndən sonra ermənilər tam söküb, dağıdıb bu vəziyyətə gətiriblər.

Daha ətraflı videoda:

Teqlər: