Mehridən keçəcək avtomobil yolunun tikilməsi… – Overçuk

Mehridən keçəcək avtomobil yolunun tikilməsi… – Overçuk

Cənubi Qafqazda “Şimal-Cənub” və “Şərq-Qərb” əsas beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağı formalaşır.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Made in Russia – 2022” Beynəlxalq İxrac Forumunun “Dəyişikliklərin logistikası: təchizat zəncirlərinin transformasiyası və nəqliyyat-logistika axınları” adlı videomüraciət formatında keçirilən plenar iclasında deyib.

O bildirib ki, bu yaradılarsa, Azərbaycan, Ermənistan və Gürcüstan iqtisadiyyatları Avrasiyadakı coğrafi mövqelərinin üstünlüyü ilə əlaqədar əlavə icarə haqqı əldə edəcək:

“Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Ermənistan və ya İran ərazisindən keçən nəqliyyat əlaqəsinin açılması bu baxımdan mühüm rol oynayacaq. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan və ya İran ərazisindən keçməklə nəqliyyat əlaqəsinin açılması “Şimal-Cənub” və “Şərq-Qərb” əsas beynəlxalq nəqliyyat dəhlizləri üçün qovşağın yaradılmasında xüsusi rol oynayacaq”.

Baş nazirin müavini məlumat verib ki, hazırda Azərbaycan ilə İran sərhədində iki ölkənin yollarını birləşdirəcək və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında ən qısa, rahat gediş-gəlişi təmin edəcək körpülərin tikintisinə başlanılıb:

“Eyni zamanda, Ermənistan ərazisindən, yəni Mehridən keçəcək dəmir və avtomobil yolunun tikilməsi Ermənistanın mövqeyindən asılıdır”.

A.Overçuk vurğulayıb ki, hazırda İran ərazisində Ermənistandan yan keçən yol çəkilir:

“Bu yolun inşası, təxminən, 2024-cü ilə qədər başa çatacaq. O, İran, Türkiyə və əsasən Avropa bazarlarına çıxışı təmin edəcək. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin infrastrukturu böyük ölçüdə mövcuddur. Bunun vasitəsilə avtomobil və dəmir yolu daşımalarını həyata keçirilir. Bununla belə, o, daşımalarla bağlı gözlənilən artıma cavab vermir. Odur ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin modernləşdirilməsinə və ötürücülük qabiliyyətinin artırılmasına ehtiyac var”.

Teqlər: