Mehriban Vəliyeva vəzifəsindən çıxarıldı

Mehriban Vəliyeva vəzifəsindən çıxarıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva vəzifəsindən azad edilib.

AzerTimes xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Daha bir əmrlə M.Vəliyeva Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsinə təyin olunub.

Hələlik keçmiş idarə müdirinin yerinə təyinat olmayıb.

Qeyd edək ki, bu yaxınlarda nazirliyin keçmiş şöbə müdiri Eşqi Bağırov Agentliyin direktoru vəzifəsinə təyinat alıb.

Teqlər: